Salyanda yük avtomobilləri toqquşub, yaralanan var

Salyan rayonunda yol qəzası olub.

Millitribuna.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin «112» qaynar telefon xəttinə Salyan rayonu ərazisində “KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *