İsmayıllıda UAZ aşıb: 1 ölü

İsmayıllı rayonunda yol qəzası olub.

Millitribuna.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 4-də saat 19 radələrində rayonun Qoydan kəndi ərazisində kənd sakini İ.Mirzəyev idarə etdiyi UAZ markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *