Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Millitribuna.az-ın məlumatına görə, hadisə axşam saatlarında Sabirabad şəhərində qeydə alınıb.
Belə ki, motosikletlə minik avtomobili ilə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, Sabirabad şəhər A.Bakıxanov küçəsi 9 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Rüstəmov Məzahir Rasim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.