“Pakistanla hərbi saziş imzalamalıyıq”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında» 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanmış Saziş təsdiq edilib.

Millitribuna.az-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Pakistan bizim üçün dost ölkədir: “Bu günə qədər də Pakistan Ermənistanla əlaqələr qurmayıb. 44 günlük Vətən müharibəsində və Tovuz hadisələrində də Azərbaycanın mövqeyini dəstəkləyib”.

Deputat Fəzail Ağamalı isə təklif edib ki, bu ölkəyə qarşılıqlı səfərlərimiz tez-tez təşkil edilməlidir ki, xalqlarımız arasında əlaqələr daha da genişləndirilsin.

Spiker Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, bu yaxınlarda qarşılıqlı səfər olmalı idi: “Pakistanda bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası olmalı idi. Fikirləşirdik ki, böyük nümayəndə heyəti ilə həmin iclasa qatılaq. Lakin pandemiya səbəbindən iclas təxirə salındı. Pandemiya başa çatdıqdan sonra ilk səfər edəcəyimiz ölkələrdən biri Pakistan olacaqdır”.

Deputat Siyavuş Novruzov isə təklif edib ki, heç kimdən çəkinmədən Pakistanla hərbi saziş imzalanmalıdır: Biz Pakistanın bizə necə dost qardaş ölkə olduğunu görmüşük. Ona görə də bu ölkəylə hərbi sazişimiz də olmalıdır”.

Müzakirələrdən sonra Saziş səsverməyə qoyularaq qəbul edilib.(qafqazinfo)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *