Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilcək.
Millitribuna.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
30 xalla 3-cü pillədə qərarlaşan «Zirə» 18 xalla 6-cı yeri tutan «Səbail»in qonağı olacaq. «Qartallar»ın heyətində 3 futbolçu — Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyev koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar.
«ASCO Arena»dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəlib. Bunların 3-də meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların fərqində də «Zirə»nin üstünlüyü var — 17:8.
“Zirə” son 4 çempionat oyununda rəqibinə uduzmayıb. Meydan sahibləri evdəki son 3 matçda qol vurmağı bacarıb.
Azərbaycan Premyer Liqası, XXI tur
3 aprel (şənbə)
17:30. “Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”
Qeyd edək ki, XXI turun «Neftçi» — «Sumqayıt», «Sabah» — «Qəbələ» və «Keşlə» — Qarabağ» matçları aprelin 4-də olacaq.