Azərbaycan nefti 3%-ə yaxın ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 1,72 ABŞ dolları, yaxud 2,67 % azalıb.

Millitribuna.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,53 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, «Azeri LT CIF» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.