«Susduqca, üstümə gəlirlər»

Bir müddət əvvəl gənc aktrisa Ayşegül Çınar dostları ilə əyləncə mərkəzindən qayıdarkən polis onun avtomobilində narkotik maddə aşkar etdi və həbs edildi. Daha sonra həmin maddənin keçmiş sevgilisi tərəfindən qoyulduğunu deyən aktrisa bəzi dəlil və sübutların toplanılması ilə azadlığa buraxıldı.

Millitribuna.az axşam.az-a istinadən bildirir ki, həmin əyləncə mərkəzindəki təhlükəsizlik kameralarına baxış keçirilən zaman aktrisanın maşınına heç bir şəxsin yaxınlaşdmadığı məlum olub.

Bundan sonra Ayşegül “Söylemezsem Olmaz” proqramında canlı yayıma qoşularaq o görüntülərin həqiqəti əks etdirmədiyini deyib:

“Bu mövzu artıq çox uzandı. Danışmaq istəmirdim, lakin məcburam. Mən susduqca, üstümə gəlirlər. Onun avtomobilimin arxasında dayandığı görüntüləri var əlimdə. İnsanların hansı videoya baxdıqları önəmlidir. İki gün əvvəl maşının açarını itirdim. Keçmiş sevgilimdə isə əlavə açar var idi. İki gün sonra isə polis avtomobilimdə narkotik tapdı”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *