“Bank of America”: ABŞ və Çin arasında yeni iqtisadi müharibə başlayacaq

“Bank of America”nın araşdırma üzrə icraçı direktoru Haim İsrael ABŞ və Çinin yeni bir iqtisadi müharibə ilə qarşılaşacağını bildirib.

Millitribuna.az xəbər verir ki, o, bu iddia ilə CNBC telekanalının efirində çıxış edib.

Ekspert qeyd edib ki, iki dövlət arasında kəskin rəqabətin yeni mərhələsi başlayacaq.

Onun sözlərinə görə, ticarət və texnologiya müharibəsindən sonra «iqlim müharibəsi» gələcək. Haim İsrael fikrini onunla izah edib ki, ən yaxın onillikdə iqlim dəyişikliyi mövzusu iqtisadi və siyasi sahədə üstünlük təşkil edəcək.

«Məsələ yalnız planetin xilasında deyil. Hesab edirik ki, iqlim strategiyaları qlobal üstünlüyə yol təklif edir, çünki burada xəritəyə daha çox şey qoyulub», — İsrael əlavə edib.

Mütəxəssis bildirib ki, gələcəkdə nəqliyyat vasitələrinin istehsalında elektomobillər lider olacaq.(report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *