“Atam bizə əxlaqı öyrətdi” — Maykl Ceksonun qızı

Mərhum müğənni Maykl Ceksonun qızı Peris Cekson atası ilə bağlı açıqlama verib.

Millitribuna.az axşam.az-a istinadən bildirir ki, «No Filter» adlı proqrama qonaq olan 22 yaşlı Peris, atasının daima onlara tərbiyəli və əxlaqlı olmağı aşıladığını deyib:

“Atam bizim savadlı və tərbiyəli böyüməyimiz üçün əlindən gələni edirdi. O, bizə sahib olacağımız parlaq gələcək vəd etmirdi. Həyatda hər cür adamla və hər cür vəziyyətlə qarşılaşa biləcəyimiz barədə xəbərdarlıq edirdi. Bir sözlə, atam bizə əxlaqı öyrətdi”.

Qeyd edək ki, Peris Cekson hazırda modelliklə məşğuldur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *