«Virusla mübarizədə ən effektiv üsul peyvəndləmədir» — Viktor Qasımov


“Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir və bu gün bunun bariz nümunəsini görürük».

Millitribuna.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini bildirib ki, virusla mübarizədə ən effektiv üsul peyvəndləmədir. O əlavə edib ki, hazırda ölkəmizdə 550 mindən çox insan peyvənd olunub:

“Vaksinasiyasını sürətləndirmək üçün 5 milyon dozalıq peyvəndin mərhələli gətirilməsi prosesi davam edir. Bu gün 500 min doza gətirildi. Nə qədər sürətli peyvəndləmə davam etsə, ölkədə epidemioloji vəziyyət stabilləşə bilər”, — deyə V.Qasımov vurğulayıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *