Saatlıda 35 yaşlı kişini avtomobil vurdu

Saatlı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millitribuna.az xəbər verir ki, hadisə rayonun Qızılkənd kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Cavadov Elçin Mehman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ sirkə kasasının kənarının yerdəyişən sınığı diaqnozu qoyulub. (report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *