Hollivudun ən bahalı boşanması

Brad Pitt and Angelina Jolie pose as they arrive for the premiere of her movie «The Tourist» by German director Florian Henckel von Donnersmarck in Rome on December 15, 2010. (Alberto Pizzoli/Getty Images)

Hollivud ulduzları Ancelina Coli ilə Bred Pitt arasında 2016-cı ildə başlayan qanuni mübarizə ölkə tarixində ən bahalı boşanma prosesi hesab edilir.

Millitribuna.az xəbər verir ki, cütlüyün 6 uşağının (3-ü bioloji, 3-ü övladlıq- red.) qəyyumluğuna dair davam edən məhkəmədə yeni bir iddia ortaya atılıb. Vəkil Kelli Rikert hər iki tərəfin də prosesə 1 milyon dollar xərclədiyini açıqlayıb.

Məhkəmə uzandıqca xərclərin artdığını deyən Rikert “Bred 6 övladının qəyyumluğunu paylaşmaq istəyir, Ancelina isə qəbul etmir. Vəkil savaşır! Bu proses cütlüyün 12 yaşında olan əkiz övladları yetkinlik yaşına çatana qədər davam edə bilər. Hər iki tərəfin vəkillərinin saatlıq əməkhaqqısı 1000 ilə 1 500 dollar arasındadır”,- deyə bildirib.

Qeyd edək ki, Coli bir neçə gün bundan əvvəl evlilikləri əsnasında şiddətə məruz qaldığını iddia edib, övladlarının da ifadə verməyə hazır olduqlarını söyləyib.(“Qafqazinfo”)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *