“Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik” — Aleksey Overçuk

«Regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm».

Millitribuna.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

«Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb», — Overçuk bildirib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *