Elektromobillərin batareyaları dəniz enerjisi ilə doldurulacaq

Şotlandiyanın Yell adasında elektrokarların akkumulyator batareyalarının dəniz gərilmələrindən yaranan enerji ilə doldurulduğu stansiya açılıb. Yell və Anst adaları arasında yerləşən doldurma stansiyası dörd turbinli «Nova Innovation Shetland Tidal Array» qurğusundan qidalanır. Avtostansiyanın yaxınlığında akkumulyatorların saxlanması məntəqəsi də təşkil olunub.

«Nova Innovation» şirkəti qeyd olunan stansiyanın dəniz gərilmələrindən əmələ gələn enerji ilə işləyən ilk stansiya olduğunu bəyan edib. Həmin doldurma məntəqəsinin yaradılmasına Şotlandiyanın Nəqliyyat İdarəsi vəsait ayırıb.

Stansiya hökumətin ölkədə daxili yanma mühərriki ilə işləyən avtomobillərin sayının ixtisara salınması proqramı çərçivəsində yaradılıb.

Bir qədər əvvəl Almaniyada bütün yanacaqdoldurma stansiyalarının elektrokarların batareyalarının doldurulması üçün qurğularla təmin olunacağı bildirilmişdi. Bunun Almaniya hökumətinin iqtisadiyyatın bərpası proqramı çərçivəsində həyata keçiriləcəyi deyilirdi. Layihəyə 130 milyard avro ($146,26 milyard) vəsait ayrılacaq. Beləliklə, Almaniya avtomobil həvəskarlarının elektrokarların harada doldurulması ilə bağlı narahatlıqları və elektromobillərə tələbatın artımını ləngidən səbəb aradan qaldırılacaq. (Sputnik)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *