Avro-2020 üçün heyətlər genişləndirilə bilər

UEFA Avro-2020-də iştirak edəcək komandaların yekun heyətindəki oyunçu sayını 25-ə qədər artıra bilər.

Millitribuna.az qol.az-a istinadən xəbər verir ki, bu barədə «The Telegraph» nəşri yazıb. Əvvəllər milli komandalar Avropa çempionatı üçün 23 oyunçu təqdim edirdi. Ancaq UEFA hazırda koronavirus pandemiyası ilə əlaqədar vəziyyəti nəzərə alaraq komandaların tərkibini artıra bilər. Ehtiyat oyunçuların siyahısına sahib olma ehtimalı da müzakirə olunur.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun — 11 iyul tarixlərində Bakı da daxil olmaqla 12 Avropa şəhərində keçiriləcək.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *