«Zehni olaraq çox çalışmışdıq» — Serbiyalı futbolçu

“Oyunçunu görməmişdim, topa ən qısa zamanda çatmağa çalışırdım. Sonra isə lazımsız reaksiya verdim. Əsas olan nəticədə qələbə qazanmağımızdır».

Millitribuna.az xəbər verir ki, bu sözləri Serbiya millisinin üzvü Filip Kostiç DÇ-2022-nin seçmə mərhələsində Bakıda yığmamıza qalib gəldikləri oyundan (2:1) sonra deyib.

«Ayntraxt»ın yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında bu görüşə çox hazırlaşdıqlarını bildirib: «Oyunumdan razıyam, daha yaxşısını da edə bilərdim. Belə rəqiblərə qarşı oynamaq çətin olur. Zehni olaraq çox çalışmışdıq, nəticədən razı qalmalıyıq. Qarşıda oyunlarımız var, asan olmayacaq, lakin bacaracağımıza inanıram”.(qol.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *