Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub.
Millitribuna.az xəbər verir ki, bu barədə report.az-a onun qızı Fidan Cəfərova məlumat verib.
Onun sözlərinə görə, anasının iki gün öncə verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxıb: «Altı gün idi özünü narahat hiss edirdi, hərarət, halsızlıq var idi. Bu gün cavab pozitiv çıxandan sonra “Yeni Klinika”ya yerləşdirdik. Mən özüm də test vermişəm, amma cavabım hələlik çıxmayıb».