Rumıniyada etiraz aksiyaları: 200 nəfər saxlanıldı

Rumıniyada vətəndaşlar koronavirusa görə məhdudiyyətlərin sərtləşdirilməsinə etiraz edirlər. Paytaxt Buxarestdə təxminən 200 nəfərə yaxın etirazçı saxlanılıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Rumıniyanın “digi24” agentliyi məlumat yayıb.

Polisdən bildirilib ki, etiraz aksiyalarına təxminən 2 min nəfər qoşulub, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda 300 nümayişçi iştirak edib. Etirazçılar polislərə xəsarət yetirib, maddi ziyan vurublar. Onlar mağazaların vitrinlərini, avtobus dayanacaqları və nəqliyyat vasitələrinin şüşələrini qırıblar.

Qeyd edək ki, Rumıniyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlər həyat keçirilir. Artıq iki gündür ki, vətəndaşlar bununla bağlı etiraz aksiyaları keçirirlər.(azvision.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *