Mənzillərin bahalaşmasına görə dünya şəhərlərinin reytinqi — TOP-10

«Knight Frank» konsatlinq şirkəti son bir il ərzində mənzillərin kəskin bahalaşmasına görə dünya şəhərlərinin reytinqini dərc edib. Qiymətlər yüksək tələbat fonunda təkliflin olmaması səbəbindən artır və mütəxəssislər bu tendensiyanın bu il də davam edəcəyini gözləyirlər.

Millitribuna.az-ın apa-ya istinadən məlumatına görə, siyahının ilk pillələrində Türkiyə şəhərləri qərarlaşıb. Belə ki, reytinqin birinci yerində olan Ankara şəhərində son bir il ərzində mənzillərin qiyməti 30,2% artıb. Reytinqin ikinci və üçüncü yerlərini isə İzmir (29,4%) və İstanbul (27,9%) bölüşdürür. Rusiyanın Sankt-Peterburq şəhəri (25,4%) siyahının beşinci, Moskva isə (21,1%) yeddinci pilləsində qərarlaşıb. Halbuki 2019-cu ilin reytinqində Moskva siyahının yalnız 69-cu yerində idi.

Qeyd edək ki, ümumiyyətlə, reytinqdə dünyanın 150 şəhəri yer alıb. 

Mənzil qiymətlərinin artım tempinə görə şəhərlərin reytinqi: 

#

Şəhər

Son bir ildə qiymət artımı, %

1

Ankara (Türkiyə)

30,2

2

İzmir (Türkiyə)

29,4

3

İstanbul (Türkiyə)

27,9

4

Oklend (Yeni Zelandiya)

26,4

5

Sankt-Peterburq (Rusiya)

25,4

6

Seul (Cənubi Koreya)

22,3

7

Moskva (Rusiya)

21,1

8

Ottava (Kanada)

19,7

9

Vellinqton (Yeni Zelandiya)

18,4

10

Halifaks (Kanada)

16,3

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *