Füzuli-Şuşa yolu minalardan təmizlənir

«İşğaldan azad olunan ərazilərdə mina təmizləmə əməliyyatları üç üsulla aparılır: mexaniki, əllə və xüsusi təlim görən itlər vasitəsilə. Xüsusi təlim keçən itlər ANAMA mütəxəssisləri tərəfindən hazırlanıb. Əvvəllər bu cür itlər xaricdən — Amerika, Bosniya və digər ölkələrdən alınırdı. Artıq bu itlər yerli kinoloji mərkəzdə hazırlanır. Bir itin mina təmizləmə üzrə ixtisaslaşmasına 12-24 ay vaxt sərf edilir. Əvvələr bu itlər xaricdən 17-22 min dollara alınırdı. Hazırda Göygöl Regional təlim mərkəzindəki itlərin seleksiyası həyata keçirilir».

Millitribuna.az-ın  xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi Mədət Məmmədov deyib.

O, hazırda Füzuli-Şuşa yolunun təmizləndiyini bildirib:

«Yolun minalardan təmizlənəcək hissəsinin uzunluğu 34 kilometr, eni isə 150 metrdir. Bu yol böyük həyati əhəmiyyətə malik olduğu üçün ilk olaraq buranın minalardan təmizlənilməsinə başlanılıb».

M.Məmmədovun sözlərinə görə, hazırda Şuşa-Füzuli yolunun 17-ci km-də Füzuli rayonunun Alxanlı-Seyidəhmədli kəndləri ərazisindən keçən hissəsində təmizləmə işləri aparılır:

«Bu zamana kimi ərazidən 5 ədəd hərbi sursat, 207 tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina tapılıb».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *