«DiKaprionun qonararını öz cibimdən ödədim» — Şeron Stoun

Hollivud ulduzu Şeron Stoun maraqlı açıqlaması ilə gündəmə gəlib.

Millitribuna.az axşam.az-a istinadən bildirir ki, 63 yaşlı aktrisa Leonardo DiKaprioya dəstək olmaq üçün onun 1995-ci ildə «The Quick and the Dead» filmində çəkildiyi rola görə qonararını öz cibindən ödədiyini bildirib:

“Həmin vaxtlar Leonardonun 21 yaşı var idi. Kastinqdə aktyorluq qabiliyyətini çox bəyəndim. Lakin studiyo onunla çalışmaq istəmədiyini bildirdi. Çox təkid etdim. Yenə də qəbul etmədilər. Daha sonra mənə “niyə məşhur olmayan insan üçün bizdən xahiş edirsən. Elə çox istəyirsənsə, filmdə çəkilsin, amma qonararını öz cibindən ödə!” dedilər. Mən də elə etdim. DiKaprionun qonararını öz cibimdən ödədim».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *