AZAL-ın ixrac gəlirləri 40 dəfə azalıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 55 min ABŞ dolları dəyərində xidmət ixrac edib.

Millitribuna.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 mln 145 min ABŞ dolları və yaxud 40 dəfə azdır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında AZAL 2,2 mln ABŞ dolları dəyərində xidmət ixrac edib

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *