«Azərbaycanla oyunu qorxu içində izlədik»

«İlk 3 oyun üçün qarşıya qoyulan vəzifə yerinə yetirildi. Bu müddətdə ən zəif matçımızı Azərbaycana qarşı keçirdik. Amma yenə də vacib 3 xal qazandıq».

Millitribuna.az-ın məlumatına görə, bu fikirləri fubol üzrə Serbiya millisinin direktoru Stevan Stoyanoviç «informer.rs» saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan yığmalarına qarşı oyunları dəyərləndirərkən deyib.

57 yaşlı funksioner komandanı layiqli mübarizə münasibətilə təbrik edib: «Sonuncu matçın çətin olacağını bilirdik. Çünki qısa vaxt ərzində 3 oyun keçirdik. İstirahət üçün vaxtımız olmadı. Seçmə mərhələyə uğurlu start verdiyimiz üçün futbolçuları təbrik edirəm».

Stoyanoviç Azərbaycan millisi ilə Bakı Olimpiya Stadionundakı görüşü həyəcanla izlədiklərini söyləyib: «90 dəqiqə ərzində qorxu var idi. Bayaq da dediyim ki, bu cür senari gözləyirdik. Bunlar rəqabətə səbəb olan oyunlardır. Mütləq qalib gəlmək lazımdır. Bu məqamda baxımlı oyun elə də önəmli deyil. Nəticədən məmnun qaldıq».

Qeyd edək ki, Azərbaycan — Serbiya matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.(report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *