Azərbaycan neftinin qiyməti 64 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,27 ABŞ dolları, yaxud 0,42% artıb.

Millitribuna.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,03 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, «Azeri LT CIF» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *