«1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir»

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı özünün instaqram hesabında paylaşım edib.

Millitribuna.az xəbər verir ki, paylaşımda deyilir:

«Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *