Vaksinin ədalətli şəkildə bölgüsü təmin edilmədikcə, koronavirus sona çatmayacaq və iqtisadi canlanma baş verməyəcək.
Millitribuna.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən onlayn tədbirdə videoformatda çıxışı zamanı deyib.
Ərdoğan bildirib ki, vaksinasiya məsələsi dəhşətli hal alıb: «Dünyanın 100-ə yaxın ölkəsinin hələ peyvənd əldə etmədiyini görürük. Milyardlarla insanın ilk peyvənd dozasını ala bilməməsi insanlıq üçün qorxuludur”.