Ronaldonun yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarıldı

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun DÇ-2020-nin seçmə mərhələsində Serbiya ilə 2:2-lik matçda əsəbiləşərək yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.

Millitribuna.az xəbər verir ki, sarğını stadionun işçilərindən biri hərraca çıxarıb.

Əldə edilən gəlir isə ağır xəstəlikdən əziyyət çəkən 6 aylıq Qavrilo Curceviçin müalicəsinə sərf ediləcək. Sarğı üçün ilkin qiymət 3 min avrodur. (Qafqazinfo)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *