Dünya liderləri pandemiyaya qarşı beynəlxalq müqavilə imzalayacaq

Dünyanın bir sıra ölkələrinin, hökumətlərin və beynəlxalq təşkilatların 20-dən çox lideri pandemiya ilə mübarizə aparmaq üçün yaxın gələcəkdə beynəlxalq müqavilə imzalamaq ideyasını dəstəkləyiblər.

Millitribuna.az-ın məlumatına görə, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbər verib.

Qeyd edilir ki, bununla bağlı təşəbbüsü dəstəkləyənlər arasında Fransa prezidenti Emmanuel Makron, Britaniyanın baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus və digərləri var.

Tərəflər ölkələrin pandemiyaya əvvəlcədən hazırlıq və mübarizə üçün birlikdə çalışmalı olduğuna əminliklərini ifadə etdilər.

“Bu yeni kollektiv öhdəlik pandemiyanın ən yüksək səviyyədə həll edilməsi yolunda mühüm mərhələ olacaq”, — deyə nəşr qeyd edib.

Həmçinin bildirilir ki, müqavilə məlumat mübadiləsi, araşdırma, xəbərdarlıq sistemlərinin keyfiyyətinin yüksəldilməsi, habelə səhiyyə və əhalinin sağlamlığı sahəsində tədbirlərin görülməsi, eləcə də yayılması üçün beynəlxalq əməkdaşlığın intensivləşdirilməsini əhatə edəcək.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *