“Azərsu” ASC-nin idarə rəisi cərimələndi

“Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov işçini qanunsuz işdən çıxardığına görə cərimələnib.

Millitribuna.az report.az-a istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ona İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə cərimə yazıb.

Bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Cərimə protokolu ilə razılaşmayan Xürrəm Hüseynov məhkəməyə müraciət edib. Şikayətə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *