Azərbaycanın sığorta bazarı 16% kiçilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 160,445 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Millitribuna.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,9% azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 100,17 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2 dəfə çoxdur.

Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu rəqəm 25,8 manat olub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *