2025-ci ilə qədər 16 regionda DOST Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.
Millitribuna.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. O bildirib ki, bununla yanaşı, 46 qəbul şöbəsi də fəaliyyət göstərəcək.
«Bunlar mini DOST Mərkəzləri olacaq. Məqsəd vətəndaşların yaşadıqları əraziyə daha yaxın sosial xidmətlərin göstərilməsidir.