Hülya Avşar: «Bu rolu oynamaq istəməzdim»

Müğənni və aktrisa Hülya Avşar rol aldığı “Masumiyet” serialı ilə bağlı açıqlama verib.

Millitribuna.az axşam.az-a istinadən bildirir ki, Avşar verdiyi müsahibələrindən birində ekran işinə çəkilməsindən və ifa etdiyi rolundan danışıb.

“Əsasən qısa bölümlü seriallarda rol almağı sevirəm. Amma “Masumiyet”in istər ssenarisi, istərsə də aktyor heyəti məni özünə çəkdi. Serialda qadına şiddət göstərən oğlunu mühakimədən xilas etməyə çalışan ana obrazını canlandırıram. Təbii ki, bu rolu oynamaq istəməzdim, amma bu cür insanlar həyatda var olduğundan bu obraz da mənə doğmalaşdı”.

Qeyd edək ki, Hülya Avşar ekran işində Hale Ilgaz rolunu ifa edir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *