“Gəncə cinayətində əli olanlar cəzasını almalıdır” — Ukrayna səfiri

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Gəncə şəhərinə səfəri çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış ərazidə olub.

Millitribuna.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında bildirib.

“Gəncəyə səfər çərçivəsində 2020-ci ilin payızında raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsini yad etdik. Cinayətdə əli olan şəxslər cəzasını almalıdır”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin ötən ilin oktyabr ayında Gəncə şəhərinə bir neçə dəfə raket hücumu nəticəsində 25-dən artıq mülki şəxs həlak olub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *