Pandemiya dövrünü kim daha asan keçirir?

Pandemiya dövrünü ən asan keçirənlər cəsur, düşüncəsiz, arsız insanlardır.

Millitribuna.az xəbər verir ki, bu qənaətə İtaliyanın Florense Universitetinin tədqiqatçıları gəlib.

Tədqiqatçılara görə, pandemiya dövründə tətbiq edilən sosial təcrid tədbirləri nəticəsində insanlarda psixi sarsıntı, daxili asudəliyin pozulması kimi psixoloji fəsadların ehtimalı xeyli artır.

Ötən il martın 10-dan iyunun 2-dək olan dövrdə orta yaş həddi 31,3 olan 619 nəfər arasında keçirilmiş araşdırma zamanı xasiyyətcə düşüncəsiz və arsız, yaxud başqa mənfi cəhətlərə malik şəxslərin məhdudiyyətlərə daha asan tab gətirərək sarsıntılara nisbətən az məruz qalıblar. Eyni zamanda, dəyişkən ovqatı və kövrək psixi vəziyyəti olanlar məhdudiyyətləri daha çətin keçiriblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *