Van Qoqun cızmaqarası 10.4 milyon dollara satılıb

Tanınmış niderlandlı rəssam Vinsent Van Qoqun “Gənc yapon xanımı” əsərinin cızmaqarası 10.436.000 dollara (təxminən 18 milyon manat) satılıb.

Millitribuna.az-ın məlumatına görə, bu barədə “Christie’s” hərracının “Twitter” səhifəsində məlumat verilib.

Məlumata əsasən, rəsm əsərinin ilkin eskizinin satıldığı hərrac Nyu-Yorkda baş tutub.

Qeyd edək ki, rəssam bu cızmaqaranı 1888-ci ildə Fransanın Arl şəhərində çəkib.

Əsərin yeni sahibinin adı açıqlanmır.(oxu.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *