Diktordan etiraf: «Qızım ərini döyürdü»

Diktor Xalidə Gözəl qızı haqqında gözlənilməz etiraf edib.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, «Elgizlə izlə» verilişində qonaq olan diktor qızı Aytənin ərini döydüyünü söyləyib:

«Kürəkənim içkili olduğu üçün qızım da onu döyüb. Mən də olsam döyərdim. İçkili adamı döyərlər».

Anasının sözlərini təsdiqləyən Aytən uşaqlıqdan travmaları olduğunu söyləyib:

«Uşaqlıqdan yaşadığım travmalarım olduğu üçün içkili insan görəndə özümdən asılı olmadan əsəbiləşirəm. Amma bu travmanın nə olduğunu açıqlamaq istəmirəm».

Qeyd edək ki, Aytən Zakir adlı Türkiyə vətəndaşı ilə ailə qurub. Onlar ayrılıb. Aytənin bu nikahdan bir qız övladı var.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *