Kraliça sərvətini gizlətmək üçün gizli bank yaradıb

«The Guardian» qəzeti iddia edir ki, Kraliça II Elizabet şəxsi sərvətinin ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün hökumətə təzyiq edərək, 1970-ci illərdə bir qanun layihəsini dəyişdirdib.

Millitribuna.az musavat.com-a istinadən bildirir ki, kraliçanın vəkilləri onun şirkətlərdəki səhmlərinin xalqa sızması ilə kral ailəsinin çətin vəziyyətdə qala biləcəyindən narahat olduqlarını dilə gətiriblər. Buna görə də kraliçanın səhmlərinin köçürüləcəyi «Bank of England Nominees» adlı bir şirkət qurulub.

İddialara görə, tənzimləmə ictimaiyyətə İngiltərəyə investisiya yatıran dövlət və hökumət başçılarını qorumaq cəhdi olaraq təqdim edilsə də, əslində II Elizabeth üçün hazırlanıb.

Lakin bu barədə xəbərlər yayıldıqdan sonra kral sarayı iddiaları qətiyyətlə rədd edib.
Bundan öncə isə “Sunday Times” qəzeti İngiltərənin ən zəngin adamları siyahısında olan II Elizabetin sərvətinin 350 milyon funt sterlinq (təxminən 480 milyon dollar) olduğunu yazmışdı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *