“Gün ərzində əlverişsiz hava şəraiti davam edəcək”

“Bakıda əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxınlaşıb. Ən çox qar respublikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb. Belə ki, orada qarın hündürlüyü yarım metrə çatıb”.

Millitribuna.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək: “Fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses səngiyəcək və yağıntılar səngiyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir