«Sumqayıt»ın vitse-prezidenti vəfat etdi

«Sumqayıt» klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişib.

«Gənclik şəhəri» təmsilçisi»ndən verilən məlumata görə, funksioner 69 yaşında vəfat edib.

Onun uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişdiyi vurğulanıb. Klubdan bildirilib ki, Ömərov sonuncu dəfə fevralın 13-də «Sumqayıt»ın «Səbail»ə 3:0 hesabı ilə qalib gəldiyi ev oyununu canlı izləyib.

Mərhum bu gün Göyçayda dəfn ediləcək.

Allah rəhmət eləsin!

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *