“Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz”

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

Millitribuna.az xəbər verir ki, müğənni sosial şəbəkədə yayımladığı statusunda bunları qeyd edib:

“Nə kimi əməlisalehlik etmişiniz bu həyatda?

• Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə “el adətidir” deyib, bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, “haramla yığıb da!” dediniz.
• Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən “həzmi-rahat” edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri, araşdırmadan, “Allaha qarşı çıxdı” adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”.(axsam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir