Deputat Məhkəmə-Hüquq Şurasına üzv təyin edildi

Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Millitribuna.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Nizami Abdulla oğlu Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir