Azərbaycan ən çox hansı ölkələrə neft satır?

Azərbaycanın xam neft və neft məhsullarının ixrac olunduğu əsas ölkələr açıqlanıb.

Millitribuna.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar ayı ərzində ölkəmiz xaricə 1 milyard 359 milyon 732,8 min dollar dəyərindən xam neft və neft məhsulu ixrac edib.

İxrac həcminə görə, ən çox İtaliyaya 719,2 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulu satılıb. Daha sonra İspaniyaya 137,8 milyon dollar dəyərində, Ukraynaya 111,5 milyon dollar dəyərində xam neft və neft məhsulu ixrac edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir