Ağ Ev: “ABŞ İranla danışıqlara açıqdır”

Yeni Vaşinqton administrasiyası Tehranla danışıqlara açıqdır, lakin bu cür əlaqələr öncəsi əlavə addımlar atmağa və İranın hər hansı tələbini yerinə yetirməyə hazır deyil.

Millitribuna.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Psaki ABŞ hökumətinin bundan əvvəl də İranla “diplomatiyaya açıq olması” ilə bağlı siqnallar verdiyini xatırladıb: “Biz bunu gözləyərkən əlavə addımlar atmağa hazır olduğumuza dair siqnallar göndərməmişik. Bizim hazır olduğumuz masaya oturub diplomatik danışıqlar aparmaqdır”.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir