Gələn ay Bakı-Sumqayıt yolunda təmir işləri bitəcək

Hazırda Bakı-Sumqayıt yolunun 28,5 kilometrlik hissəsində işlər görülür.

Millitribuna.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, “20 Yanvar” dairəsindən Masazır qəsəbəsinə qədər yolun bərpası yekunlaşıb:

“Hazırda 18-ci kilometrdən 28-ci kilometrə qədər beton yolun yararsız olan hissəsində işlər yekunlaşdırılır. Mart ayında həmin ərazidə işlər yekunlaşacaq və Bakı-Sumqayıt yolu tam istifadəyə veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir