Conson karantinlə bağlı 4 şərt açıqladı

Böyük Britaniya Baş Naziri Boris Conson ölkədə qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin tədricən ləğv edilməsi üçün lazım olan dörd şərtini açıqlayıb.

Millitribuna.az xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

Consonun fikrincə, Britaniyada məhdudiyyətlərin ləğvi üçün həlledici rolu bu şərtlər oynacaq: “Kütləvi peyvəndləmə proqramının müvəffəqiyyətlə davam etdirilməsi; peyvənd istifadəsi səbəbindən ölüm və xəstəxanaya yerləşdirmə hallarının azalması barədə məlumatlar; xəstələrin sayının artması səbəbindən səhiyyə sistemini çox yükləmə təhlükəsi olmaması, virusun yeni ştammlarının yayılması nəticəsində epidenioloji vəziyyətində “əsaslı dəyişiklik” olduğunu göstərən məlumatların olmaması”.

Hökumət həmçinin məhdudiyyətlərin erkən ləğv edilməsinin xeyrinə olan sosial və iqtisadi amilləri nəzərə alacağını və vətəndaşların sağlamlığına diqqət yetirəcəyini bəyan edib.(teleqraf.com)