“Çinin qapıları həmişə ABŞ-la dialoqa açıqdır” – Rəsmi Pekin

ABŞ son bir neçə ildə faktiki olraq Çinlə dialoqu dayandırıb. Pekin bu dialoqun bərpa edilməsi üzərində işləməyə hazırdır.

Millitribuna.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasının siyasəti və hərəkətləri səbəbindən Çin-Amerika münasibətləri ciddi çətinliklərlə üzləşib.

“Son bir neçə ildə ABŞ iki ölkə arasındakı dialoqu bütün səviyyələrdə praktik olaraq kəsdi və bu da Amerika-Çin münasibətlərinin pisləşməsinin vacib səbəblərindən birinə çevrildi.

Çinin qapıları həmişə dialoq üçün açıqdır, biz ABŞ ilə hər an dürüst və açıq şəkildə ünsiyyət qurmağa və problemləri həll etmək üçün dialoq aparmağa hazırıq”, – XİN rəhbəri deyib.

O, Çin və ABŞ-ın fərqli sosial sistemlərə, tarixə və mədəniyyətə sahib olduqlarını, iki ölkə arasında ziddiyyətlərin və fikir ayrılıqlarının mövcudluğunun təbii olduğunu vurğulayıb:

“Bizim üçün əsas olanı dialoq yolu ilə qarşılıqlı anlaşmanın gücləndirilməsidir”.(azvision.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir