Ankara görüşündə nələr müzakirə olunacaq? — XİN-dən açıqlama

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin – Ceyhun Bayramov, Mövlud Çavuşoğlu və Rəşid Meridovun 23 fevral tarixində Ankarada keçiriləcək üçtərəflli görüşü barədə məlumat yayıb.

Millitribuna.az xəbər verir ki, məlumatda Rəşid Meredovun 23 fevral 2021-ci il tarixdə Türkiyəyə səfər edəcəyi bildirilir.

Səfər çərçivəsində Türkmənistanla gündəmdə olan ikitərəfli və regional məsələlər müzakirə ediləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın R. Meredovu qəbul etməsi gözlənilir.

Bundan əlavə, Türkiyənin XİN rəhbəri ilə C.Bayramovun ikitərəfli görüş keçirəcəyi qeyd olunub.

Görüşlərdə ölkələr arasındakı əlaqələr, bölgədə əməkdaşlığı daha da genişləndirmək üçün atıla biləcək ikili və üçtərəfli addımlar müzakirə ediləcək.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *