Mətbuat.az saytı 4 yaşını qeyd edir

Bu gün “Mətbuat.az” saytının peşəkar fəaliyyətinin 4 ili tamam olur.

Millitribuna.az xəbər verir ki, “RMEDIA Group”a daxil olan “Metbuat.az” İnformasiya Agentliyi 2016-cı ilin əvvəlində təsis olunub. 2017-ci ilin 21 fevralında kollektiv genişləndirilərək peşəkar xəbər istehsalına başlayan “Metbuat.az” müstəqil informasiya agentliyi olaraq fəaliyyət göstərir.

Daim dövlətçilik prinsiplərindən çıxış edən “Metbuat.az”ın qarşıya qoyduğu əsas məqsəd oxucu kontingentini genişləndirmək, etimad edən oxucu auditoriyasını fasiləsiz xəbərlə təmin etmək, peşəkar fəaliyyətlə vətəndaş cəmiyyətində medianın roluna töhfə vermək və ölkənin ən etibarlı KİV-lərindən biri olmaqdır.

Fəaliyyətdə olduğu qısa müddətdə böyük auditoriya qazanmağa nail olan sayt hazırda ölkənin ən çox oxucusu olan xəbər portallarından biridir. Metbuat.az “Facebook”, “Twitter”, “Instagram”, “Youtube” və “Telegram” kimi sosial media platformalarında da təmsil olunur.

Mətbuat.az saytı ölkədə baş verən bütün prosesləri 24 saat anında yayımlayır, işıqlandırdığı  hər bir məsələyə ən qısa zamanda reaksiya verilir.

Mətbuat.az saytı əmlak sahəsində baş verən yenilikləri və problemləri də daim  yayımlamaqla,  problemlərin yuxarı dairələrdə nəzarətə götürülərək həll olunmasında əvəzolunmaz rola malikdir. Sayt hər zaman sırf insanları maarifləndirən, bilgiləndirən məlumatlarla çıxış edir.

Millitribuna.az olaraq,  Mətbuat.az saytını və kollektivini təbrik edirik! Səsiniz daima ucalardan eşidilsin!

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir