“Tədrisin dayandırılması mübarizə predmeti ola bilməz” – Ekspert

“Yeganə mübarizə vasitəsi tədrisi davam etdirməkdir”.

Millitribuna.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, tədrisin dayandırılması heç vaxt mübarizə predmeti ola bilməz:

“Hesab edirəm ki, tədris müəssisələri fəaliyyətini davam etdirməlidir. Bu zaman yoluxan şəxslər müəyyənləşdirilib cəmiyyətdən tədric ediləcək”.

Kamran Əsədov vurğulayıb ki, fevralın 1-də dərslər başlayıb və bu müddətdə cəmi bir məktəbdə yoluxma səbəbindən tədris prosesi dayanıb:

“Əvvəllər daha çox müəllim, şagird arasında yoluxma halları müşahidə edilirdisə, indi bu rəqəm kifayət qədər aşağıdır. Heç bir halda tədrisin yoluxma səbəbindən məhdudlaşdırılması tövsiyə olunmur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir