ABŞ şirkəti Türkiyəni «F-35» proqramına qaytarmağa çalışacaq

Julian Peket

“Foreign Lobby”, 19.02.2021

Donald Tramp administrasiyası 2 il əvvəl Rusiya hava hücumundan müdafiə sistemləri aldığına görə Türkiyəni proqramdan qovacağını söyləyib və “F-35” proqramında qalmaq üçün türk müdafiə sənayesi Vaşinqtonun ən prestijli hüquq firmalarından birini işə götürüb.

Ankara mərkəzli “SSTEK Savunma Sanayi Teknolojiler” (Müdafiə Sənayesi Texnologiyaları) strateji məsləhət və proqramdakı ABŞ ticarət tərəfdaşları və paydaşları ilə görüşmək üçün “Arnold & Porter”-lə 750.000 $-lıq müqavilə bağlayıb.

Müqavilə fevralın 1-də qüvvəyə minib və 6 aylıq müddəti əhatə edir.

SSTEK tamamilə Türkiyə müdafiə sənayesini idarə edən hökumət qurumuna – Przident yanında Müdafiə Sənayesi Müdirliyinə (SSB) məxsusdur.

“Arnold & Porter”-in lobbi sənədlərində qeyd olunur ki, o, “SSB və türk podratçılarına “Joint Strike Fighter” proqramında qalma strategiyası, kompleks geosiyasi və ticari amilləri nəzərə alaraq, tövsiyələr verəcək”.

Firma, həmçinin, “SSS-nin JSF Proqramında strateji müttəfiq və dəyərli tərəfdaş kimi iştirakına dair maraqlarını səsləndirmək və onların anlanması üçün ABŞ-ın ticarət tərəfdaşlarına və maraqlı tərəflərə ünvanlı təbliğat həyata keçirəcəkdir”. Bundan başqa, “Arnold & Porter” “ixracı nəzarət və ticarət sanksiyalarını daima izləməyə… aidiyyəti ola biləcək sanksiyaları izah etməyə” borcludur.

2019-cu ilin iyul ayında Tramp dövrünün Ağ Evi Türkiyəni çoxdövlətli “F-35” proqramından çıxardığını elan edib, amma Pentaqon bundan sonra da gələn ilədək əsas komponentlər üçün Türkiyə müdafiə podratçılarına bağlı olacağını açıqlayıb. SSB müəyyən çətinliklərlə üzləşib, çünki ovaxtkı dövlət katibi Mayk Pompeo, Rusiyanın əsas silah ixrac orqanı olan “Rosoboronexport” ilə əməkdaşlığa görə “Amerikanın Düşmənlərinə qarşı Sanksiyalarla Mübarizə Qanunu” (CAATSA) çərçivəsində SSB əleyhinə sanksiyalar elan edib.

“Arnold & Porter”-in beynəlxalq siyasət məsləhətçisi, Xorvatiya parlamentinin keçmiş üzvü, ABŞ-da və BMT-də sabiq səfir Miomir Zuzulun sözlərinə görə, müqavilə lobbi əməliyyatı olaraq qeydiyyatdan keçib. Ona firmanın tərəfdaşları olan İnter-Amerikan İnvestisiya Korporasiyasının keçmiş baş məsləhətçisi Raul Herrera və baş məsləhətçisi L. Çarlz Landqraf da qoşulublar.

SSTEK və “Arnold & Porter” şərh xahişlərinə cavab verməyiblər.

Türkiyənin müdafiə xəbərləri nəşri Turdef.com-un qurucusu və baş redaktoru Özgür Eksi, SSTEK-in filialları ilə “F-35” proqramı arasında üst-üstə düşən az şeyin olduğunu, şirkətin müqavilə imzalamasının SSB üçün çıxış yolu ola biləcəyini bildirib. Əlbəttə, ABŞ-ın məhdudiyyətlərini adlamaq baxımından. Çünki prezident Rəcəb Tayyib Ərdoğanın administrasiyası yenidən proqrama girməyə qərarlı olduğunu açıqlayıb.

Eksi deyib: “Türkiyənin proqramda qalması Türkiyə hökumətinin mütləq prioritetlərindən biridir. SSB beynəlxalq öhdəliklərinə sadiq olduğunu təkrarlayır”.

“Bloomberg”-ə görə, Pentaqon 5-ci nəsil təyyarələrinin 100-nü Türkiyəyə satma planlarını ləğv etməzdən əvvəl, “Turkish Aerospace Industries”-də (Türkiyə Aerokosmik Sənayesi”) istehsal olunan təyyarə gövdəsi də daxil olmaqla, “F-35” hissələri istehsalından təxminən 12 milyard dollar qazana bilərdi.

NATO üzvünün Rusiyanın “S-400” raket əleyhinə sistemini satın alması, ABŞ-ın fikrincə, Alyansın müdafiəsini təhdid edir.

“Turkish Aerospace Industries” Pakistana həmlə helikopterlərinin satışına məhdudiyyətlə əlaqədar olaraq da Konqresdə lobbiçilik edir.

Özgür Eksi bildirib ki, proqramdan kənarda qalma, ABŞ müdafiə nəhəngi “Lockheed Martin” ilə “F-35” sahəsində əməkdaşlıq edən, raket istehsalçısı olan “Roketsan” kimi, dünya səviyyəsində müştərilərinə məhsullarını satan digər türk müdafiə firmaları üçün böyük bir zərbə olub.

“Roketsan” məhsulunu digər namizəd ölkələrə satırdı. Türkiyə tərəfdaşlıq xaricində olduqda, hava qüvvələri “Rokistan”ın ABŞ-dan daha kömək almayacağını bildi. Türkiyənin proqramda iştirak etmədiyi halda, Türkiyədən niyə raket alınsın ki?” – Eski bildirib.

Türkiyənin proqramdan kənarlaşdırılması Konqresdə ikipartiyalı dəstəyə malikdir və bu da 2016-cı il ABŞ seçkilərinə, Ukrayna və Suriyaya müdaxilələrinə görə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar altında Ankaranı hədəfə alma üçün administrasiyaya təzyiq doğurur. Özgür Eksi bildirib ki, Ankaranın Co Bayden administrasiyası ilə əlaqələrini yaxşılaşdırılması üçün azca ümid görür. ABŞ-ın Türkiyədəki səfiri David Satterfild də bu yaxınlarda Türkiyə mətbuatına verdiyi açıqlamada “S-400” məsələsinin həll ediləcəyinə əminliyini söyləyib.

Satterfield deyib: “S-400” məsələsi, təəssüf ki, əvvəlki ABŞ rəhbərliyini ABŞ qanunlarını icra etməyə və CAATSA qanunvericiliyinə əsasən, sanksiyalar tətbiq etməyə məcbur edib. Ancaq biz bu sanksiyalarla çox dəqiq şeyləri hədəfə aldıq. Türk müdafiə sektoruna bütünlüklə təsir etməyi hədəfləmədik, əksinə, SSB-yə xüsusi lisenziyaları təsirləndirdik”.

Bununla belə, Ankaranın “S-400”-dən imtina etməməsi, ikipartiyalı qəzəb Türkiyənin “F-35”-ə qayıtmasını çətin hala gətirir. “Arnold & Porter”-lə müqavilədə firmanın nəticə ilə bağlı heç bir vəd və ya zəmanət vermədiyi göstərilir. “Məsələ uğurlu bir nəticə ilə bitməzsə belə, SSTEK bütün ödənişlərdə mükəlləfdir”.

Tərcümə: Strateq.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *